Yenə "Qarabağ", yenə ÇL himni?

9 Avqust 2022 19:40 Qarabağ 1 138
Yenə "Qarabağ", yenə ÇL himni?

Bu gün diqqətlər Budapeştə yönələcək.

Həm də növbəti dəfə Çempionlar Liqası himnini Bakıda eşitmək ümidi ilə.

Bəli, "Qarabağ" "Ferentsvaroş" səddini keçə bilsə pley off matçı Bakıda əzəmətli himnə şahidlik edəcək.

"Qarabağ" bunu ilk dəfə 2017-ci ildə bacarıb.

Düz 5 il əvvəl. Arada bir neçə igidin ömrü var. Elə arxada qalan illər "Qarabağ" da bir neçə igid qədər böyüyə bilib.

Əbəs deyil ki, indi təsnifat mərhələlərində aşağı, ortabab klublar deyil, Polşa, İsveçrə nəhəngləri sıradan çıxarılır.

Növbəti hədəf Macarıstdan nəhəngi "Ferentsvaroş"dur.

"Ağdamlılar" Bakıda bərabərə qaldığı (1-1) rəqiblə haqq-hesabı Budapeştdə saxlamalı oldu.

Bu dəfə komanda doğma meydandakı möhtəşəm dəstəkdən məhrumdur. Müdafiənin iki vacib simaları - Maksim Medvedev və Kevin Medina da yenə yoxdur.

Əvəzində Kadi Borges və Riçard Almeyda sıraya dönübsə, komanda da Macarstana böyük inamla və mübarizə ruhu ilə gedib. Sonuncu cümləni baş məşqçi Qurban Qurbanov da son nətbuat konfransında dilə gətirib.

Bəli, bu gün zəfər qazanmaq üçün ən başlıcası inanmaq və mübarizə aparmaq lazımdır. "Qarabağ" da illərdi bu işi bacara-bacara gəlir. Biz də inanırıq ki, növbəti zəfər sədası bu dəfə Budapeştdən Bakıya "yol salacaq"! Amin.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti