“Qarabağ”dan Münhenə - Bu gecə yola düşür

7 Avqust 2022 14:00 Qarabağ 1 859
“Qarabağ”dan Münhenə - Bu gecə yola düşür

“Qarabağ”ın aparıcı futbolçusu Kevin Medina yaxın 3 ay ərzində komandasına kömək edə bilməyəcək.

Səbəb kolumbiyalı futbolçunun qasıq bağlarında yırtığın aşkarlanmasıdır.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix”lə cavab oyununda (2:2) zədələnən “tank” ləqəbli müdafiəçi əməliyyat olunmalıdır.

Sportinfo.az xəbər verir ki, Kevin bu gecə Almaniyaya yola düşəcək. Münhen şəhərində cərrah bıçağı altına uzanacaq, ardınca Bakıya qayıdacaq.

Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur ki, bu müddətdə ölkə çempionu olub, kubok qazanıb, ötən il Konfrans Liqasının qrup mərhələsində və 1/32 final mərhələsində mübarizə aparıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti