“Qarabağ” ən üzdə olan legionerinə qiymət qoydu – Yalnız bu qiymətə satıla bilər

2 İyul 2022 13:00 Qarabağ 4 051
“Qarabağ” ən üzdə olan legionerinə qiymət qoydu – Yalnız bu qiymətə satıla bilər

“Qarabağ” Kadi Borgesin transfer qiymətini müəyyənləşdirib.

Ötən ilin yayında Azərbayacana gələn, ilk mövsümdə vurduğu 12 qolla Premyer Liqanın bombardiri ünvanını qazanan braziliyalı legioner 750 min avrodan aşağı rəqəmə satmayacaq.

Ağdam klubu ilə ikillik müqaviləsi qüvvədə qalan yarımmüdafiəçiyə Avropadan təkliflər sel kimi yağmaqda davam edir.

Son olaraq belə bir dəvət İsraildən gəlib. "Hapoel” (Beer-Şeva) cənubi amerikalıya görə 350 min avro ödməyə hazır olduğunu bildirib.

“Köhlən atlar” bununla razılşmayıb. Odur ki, onlar Borges üçün “Qarabağ”a yeni təklif etməyə hazırlaşır.

Bu haqda “Israel Hayom” saytı məlumat yayıb. Yerli həmkərlarımız iddia edir ki, “Qarabağ” Kadiyə görə daha yüksək təzminat istəyib.

“Bununla belə, “Hapoel” onu da anlayır ki, braziliyalı oyunçunun “Qarabağ”la müqaviləsi gələn yay başa çatır. Əgər müqavilə uzadılmasa, o, azad agent kimi başqa kluba pulsuz keçəcək.

Ona görə də “Qarabağ” Kadini bu yay sata bilər. “Hapoel” yenidən Azərbaycan klubuna müraciət etmək barədə düşünür.

İmtina cavabı olacağı halda, İsrail klubu alternativ variantlar axtaracaq” – deyə yazıda bildirilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti