Rumın baş məşqçi "Qarabağ"dan danışdı: “Yaxşı siqnallar aldım"

30 İyun 2022 19:20 Qarabağ 903
Rumın baş məşqçi "Qarabağ"dan danışdı: “Yaxşı siqnallar aldım"

"Qarabağ"la oyun bizim üçün faydalı sınaq oldu".

Sportinfo.az xəbər verir ki, bunu Rumıniyanın "Universitatya Krayova" komandasının baş məşqçisi Laslo Balint Avstriyada "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.

43 yaşlı rumıniyalı mütəxəssis hazırlığın fərqli mərhələsində olan və Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşan səviyyəli komanda ilə oynadıqlarını bildirib:

"Yaxşı qol imkanlarımız oldu ki, onların birindən yararlana bildik. Bu matçdan yaxşı siqnallar aldım".

"Qarabağ" əvvəlki yoxlama matçlarında Rumıniyanın digər təmsilçisi "Botoşani"ni 4:0 hesabı ilə darmadağln edib,

Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə isə heç-heçəyə razılaşıb - 2:2.

Digər Xəbərlər
Xəbər Lenti