Azərbaycan klubu Avstriyada təyyarə sifariş etdi - Birbaşa uçmaq üçün

28 İyun 2022 13:40 Qarabağ 1 482
Azərbaycan klubu Avstriyada təyyarə sifariş etdi - Birbaşa uçmaq üçün

"Qarabağ"ın "Lex"ə qarşı keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya səfər proqramı bəlli olub.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar" Poznana matçdan 2 gün öncə - iyulun 3-də hazırda təlim-məşq toplanışında olduqları Avstriyadan birbaşa yollanacaqlar.

Bir gün sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Ardınca isə komanda matçın baş tutacağı "Poznan" stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 12-də Bakıda olacaq və saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti