“Qarabağ” bu futbolçuları icarəyə verməkdən imtina etdi

27 İyun 2022 16:00 Qarabağ 5 041
“Qarabağ” bu futbolçuları icarəyə verməkdən imtina etdi

“Qarabağ” iki futbolçusuna görə gələn təklifləri geri çevirib.

Bu haqda Sportinfo.az-a Ağdam klubundan məlumat verilib.

Bildirilib ki, Bəhlul Mustafazadə və İsmayıl İbrahimli növbəti mövsümü də burada keçirəcək, onların icarəyə verilməsi artıq gündəmdən çıxıb.

Baş məşqçi Qurban Qurbanov komandanın 3 “cəhbə”də (avrokuboklar, Premyer Liqa və ölkə kuboku) mübarizə aparacağını nəzərə alaraq, adları çəkilən müdafiəçi və yarımmüdafiəçiyə daha çox şans verməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!