"Qarabağ"ın hücumçusu 2 ölkədən təkliflər aldı

26 İyun 2022 19:00 Qarabağ 2 718
"Qarabağ"ın hücumçusu 2 ölkədən təkliflər aldı

"Qarabağ"ın hücumçusu Kvabena Ovusu yeni təkliflər alıb.

Bu haqda Sportinfo.az-a Ağdam klubundan bildirilib.

Verilən məlumata görə, Türkiyə və Yunanıstanın bir neçə təmsilçisi qanalı forvardın xidmətində maraqlıdır.

Hazırda "köhlən atlar"ın Avstriya toplanışında iştirak edən afrikalı legionerə dəvət göndərənlərdən biri də Türkiyənin TFF I Liqasında mübarizə aparan "Sakaryaspor"dur. "Yaşıl-qaralar" 25 yaşlı futbolçunu icarəyə götürmək niyyətindədir.

Kvabena Ovusu son mövsümü icarə əsasında "Ankaragücü"ndə keçirib. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti