"Qarabağ" daha çox pul təklif etdi, legionerdən İSTƏDİYİ CAVABI ALDI

23 May 2022 09:40 Qarabağ 2 250
"Qarabağ" daha çox pul təklif etdi, legionerdən İSTƏDİYİ CAVABI ALDI

«Qarabağ» bir neçə həftədir danışıqlar apardığı Patrik Andrade ilə razılıq əldə etməyə yaxındır.

Tərəflər yeni müqavilə şərtlərində ortaq məxrəcə gəlmək üzrədir.

Kabo-verdeli legioner Ağdam klubunun son təklifinə müsbət yanaşıb. Belə ki, «köhlən atlar» iki mövsümdür xidmətindən yararlandığı afrikalı yarımmüdafiəçiyə bu dəfə 600 min dollar ödəməyə hazır olduğunu elan edib.

Başqa sözlə, cari mövsümün çempionu 2020-ci ilin yayında «Çerno More»dən heyətinə qatdığı Andradeyə təqribən 2 dəfə artıq məbləğ verməyə razılaşıb.

Kabo-Verde yığmasının üzvünün bundan əvvəlki tələbi isə 700 min dollar idi. Yəni o da bu iddiasından 100 min dollar güzəştə gedib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti