"Qarabağ" kimi möhtəşəm bir klubu təmsil etdiyim üçün xoşbəxtəm"

23 May 2022 00:40 Qarabağ 984
"Qarabağ" kimi möhtəşəm bir klubu təmsil etdiyim üçün xoşbəxtəm"

"Bu mükafatı komandama həsr edirəm".

Sportinfo.az xəbər verir ki, bunu 2021/2022 mövsümünün ən yaxşı futbolçusu seçilmiş "Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges deyib.

26 yaşlı yarımmüdafiəçi son aylar möhtəşəm hisslər yaşadığını bildirib:

"Həm çempionluğun qeyd olunması, həm də belə mükafatlara layiq görülməyim xoş hisslər yaradır. Möhtəşəm bir klubu təmsil etdiyim üçün xoşbəxtəm.

Mükafatı onlara həsr edirəm. Bu uğura bütün komanda yoldaşlarım layiqdir. Onların dəstəyi olmadan bunu əldə edə bilməzdim. Bu, həm də “Qarabağ” ailəsinin uğurudur".

Digər Xəbərlər
Xəbər Lenti