"Qarabağ"dan sonuncu tələbi bu oldu -  Qulaqlarınıza inanmayacaqsız!

20 May 2022 14:40 Qarabağ 2 177
"Qarabağ"dan sonuncu tələbi bu oldu -  Qulaqlarınıza inanmayacaqsız!

«Qarabağ»da ikinci mövsümünü keçirən Patrik Andrade şok tələb irəli sürüb.

Kabo-verdeli legioner 2+1 illik müqaviləsinin ikinci hissəsinin avtomatik qüvvəyə minməsi üçün kifayət qədər böyük məbləğ istəyib.

Afrikalı legioner 3 illik yeni sözləşməsi imzalaması müqabilində ona hər mövsüm üçün 700 min dollar ödənilməsini arzuladığını dilə gətirib.

Başqa sözlə, o, hazırda qazandığı puldan 3 dəfə artığını əldə etmək niyyətindədir. Ağdam klubunun Andradeyə təklif etdiyi son təklif isə 450-500 min dollar civarındadır.

«Qarabağ» Patrikin şərtini qəbul eləsə, Abdulla Zubir komandanın ən ödənişli oyunçusu statusunu onunla bölüşməli olacaq.

Çünki Mərakeş kökənli fransalı yarımmüdafiəçinin illk maaş büdcəsi də 700 min dollar təşkil edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!