"Mən “Qarabağ”ın, Qarabağın, dövlətimin düşməni deyiləm"

19 May 2022 13:40 Qarabağ 1 372
"Mən “Qarabağ”ın, Qarabağın, dövlətimin düşməni deyiləm"

5-ci dəfə... 5-ci dəfə CAS qərarın açıqlanmasını təxirə saldı. 5-ci dəfə CAS ədalətin mütləq bərqərar olacağına, heç vaxt itməyən inamımı məndə saxladı.

Hə, o ayrı ki, CAS 5-ci dəfə təxirəsalma edərkən 15 il çalışdığım, külüng vurduğum “Qarabağ” sevdiklərini başına toplayıb çempionluğunu qeyd edirdi..Amma mən orda yox idim. Təbii ki, “geridəki 15 il” yaddan çıxmağa qoymadığına görə unudula da bilməzdim...

Buna görə bu nə yaddan çıxmaq, nə də çağrılmamaq idi... bu istənməmək idi…

Mən orada olmadığımdan və ya çağrılmadığımdan sevilənlərdən olmadığımın görüntüsü sevinənlərdən olmağımı təbii ki dəyişmir.

Sevilən olmamaq, olmamağım və ya bunun düşüncəsi UEFA-nın verdiyi təktərəfli, apellyasiya hüququ verməməsindən də ağırdı…

Eləcə də çoxlu “sən orda niyə yox idin” sualının ağırlığı kimi...

Mən Emrah Çəlikəldən, Qurban Qurbanovdan, Asif Əsgərovdan incimirəm, incimərəm də. Onların 3-ü də mənim qardaşımdır.

Ümumiyyətlə, heç kimdən, heç nədən incimirəm...

Mən “Qarabağ”ın Qarabağın, dövlətimin düşməni deyiləm.

Ölkəmdə (böyük qisim), kənarda hətta UEFA-nın özündə belə tanıdıqlarımın son il yarımda açıq və örtülü dəstəyini göstəriblər. Qorxmadan, çəkinmədən...

Əlbəttə, məsələyə şəxsi eqolarıyla dəstək verməyənlərin ağırlığı ilə mübarizə aparmaq da...

Çox şey yaza bilərəm əlbəttə, yazmaya da...

Təbii ki, bu sətirləri məsti-xumar da yazmıram...

Amma, il yarım ərzində ağlasığmaz əngəllərlə mübarİzə aparıb, hər vurulan zərbədə təbəssüm duyğusuyla ‘bir daha, bir daha’ nikbinliyi ilə sabaha inanmaq, təslim olmamaqdı. Hər şeyə rəğmən vuruşmaqdı, sevdiklərin üçün 1 təbəssüm etmə gücüdü.

Heç vaxt istəməzdim bunları yazım.. yazmaq acını azaltmır, ovutmur, yaraya qaysaq qoymur...

Amma yaranın içinə biganəlik, vəfasızlıq “məlhəm”i sürtəndə canında haqq tüstüləyir.

Haqq isə nazilər, amma üzülməz. Üzülməyəcək.

Nurlan İbrahimov, “Qarabağ”ın sabiq mətbuat katibi

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!