"Gələcəkdə daha yaxşı komanda olacağıq, yeni tarix yazmağa hazırıq"

17 May 2022 22:40 Qarabağ 515
"Gələcəkdə daha yaxşı komanda olacağıq, yeni tarix yazmağa hazırıq"

“Bu, ən çətin və ən maraqlı mövsüm oldu. Çünki hərtərəfli mübarizə aparmağa çalışırdıq.

Yaxşı komanda formalaşıb. Oyunçu sayı çoxdur. Zədəlilərimiz isə az oldu. Ona görə də sonadək vuruşa bildik”.

Sportinfo.a xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Maksim Medvedev Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib:

Millimizin üzvü daha yaxşı komanda olacaqlarına inandığını bildirib:

“Konfrans Liqasında tarix yazdıq və Azərbaycan çempionu olduq. Ölkə kubokunu da qazanmaq istəyirik. Ötən il alınmadı. Bu il Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut etməyə çalışdıq.

Fikrimcə, bizdə alındı. İnanıram ki, gələcəkdə daha yaxşı və perspektivli komanda olacağıq. Yeni tarix yazmağa hazırıq”.

Digər Xəbərlər
Xəbər Lenti