"Qarabağ"ın baş məşqçisi: "Futbolçular məni buna məcbur edirlər" - VİDEO

26 Yanvar 2022 11:00 Qarabağ 970
"Qarabağ"ın baş məşqçisi: "Futbolçular məni buna məcbur edirlər" - VİDEO

"İnanıram ki, burada texniki cəhətdən gördüyümüz səhvləri oyunlarda azaldacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova aiddir.

"Qarabağ" Antalyada 4 yoxlama oyunu keçirib. Ağdam təmsilçisi ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib.

"Köhlən atlar" ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşmada da qapılara qol vurulmayıb.

Antalya toplanışını dəyərləndirən təcrübəli mütəxəssis yükləmələrin həddindən artıq çox olduğunu söyləyib:

"Futbolçuların hər birindən razı qaldım. Hamısı çox istəkli idi və əsas heyət üçün sonadək mübarizə apardılar.

Bu gün iki heyət mübarizə apardı. İkinci hissədə meydana çıxan futbolçular xoş təəssürat oyatdılar. Bəzilərinin daha yaxşı olduğunu gördüm.

Bu mənada, qarşıdakı oyunlarda dəyişiklik ola bilər. Çünki futbolçular məni buna məcbur edirlər.

Düşünürəm ki, matçlarda xeyli rotasiyalar edə biləcəyik. Futbolçularıma təşəkkür edirəm. Bakıya döndükdən sonra daha yaxşı formada olacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!