Futbol ilahəsi “Qarabağ”ın üzünə gülmədi - FOTOREPORTAJ

26 Yanvar 2022 01:50 Qarabağ 848
Futbol ilahəsi “Qarabağ”ın üzünə gülmədi - FOTOREPORTAJ

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qarabağ” toplanış çərçivəsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Polşa təmsilçisi “Visla” ilə görüşüb.

Krakov klubu ilə qarşılaşma iki deyil, üç hissədən ibarət olub. Lakin komandaların qol vurması üçün üç hissə də yetərli olmayıb və rəqiblər qolsuz sülhə imza atıb.

53-cü dəqiqədə "köhlən atlar"ın qapıçısı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib. Bununla da “Qarabağ” Antalya toplanışını qələbəsiz başa vurub.

Öncədən Ağdam təmsilçisinin bu gün iki matç keçirməsi nəzərdə tutulmuşdu. Lakin Çexiya “Bohemians”ı ilə saat 12:00-da başlamalı olan görüş ləğv edilib.

Buna Antalyada yağan güclü qar səbəb olub. Meydanın qar altında qalması üzündən görüşü keçirmək mümkünsüzə çevrilib.

“Qarabağ” bunadək üç oyun keçirib. “Qaz Metan”la (Rumıniya) qolsuz heç-heə edən ağdamlılar “Baçka Topola”ya (Serbiya) 0:1, “Şlensk”ə (Polşa) 2:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti