“Qarabağ” bu transferə 1 milyon avro ödəyəcəkmi?

24 Yanvar 2022 20:20 Qarabağ 4 008
“Qarabağ” bu transferə 1 milyon avro ödəyəcəkmi?

Transfer çalışmalarını davam etdirən “Qarabağ” üçün prioritet hücumçu transferidir.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov eyni zamanda orta sahədə də rəqabəti artırmaq niyyətindədir.

Ağdamlılar qış fasiləsində olmasa da, mövsümün sonunda mütləq bir əcnəbi yarımmüdafiəçi almağı planlaşdırır.

Riçard Almeydanın əvvəlki performansı göstərə bilməməsi və Patrik Andradenin bu mövqedə əvəzedilməz olması Konfrans Liqasının iştirakçısını axtarışa vadar edib.

Adı Qurbanovun siyahısında olan bu mövqe üzrə futbolçulardan biri də “Riyeka”nın üzvü Lindon Selahidir.

“Anderlext”in yetirməsi həm oyun qurucusu, həm də pleymeyker mövqeyində çıxış etməyi bacarır.

Doğrudur, klubun skautları Selahini diqqətdə saxlamaqda davam edir. Ancaq onu Azərbaycana gətirmək heç də asan olmayacaq. Çünki “Riyeka”ya ötən il “Tvente”dən keçən Albaniya millisinin üzvünün potensialı yüksək qiymətləndirilir.

Bu səbəbdən 23 yaşlı oyunçunun özünü keçidə razı salmaqla yanaşı, Xorvatiya klubuna da yüksək təzminat məbləği ödənilməlidir. “Transfermarkt”da Lindonun qiyməti 1 milyon avro göstərilib.

Lindon Selahi peşəkar karyerasında “Riyeka”dan əvvəl “Standard”, “Villem II” və “Tvente”nin formasını geyinib. Onun xorvatiyalılarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!