Qurban Qurbanov: "Çətin idi, çox yüklənmişdik"

23 Yanvar 17:20 Qarabağ 775
Qurban Qurbanov: "Çətin idi, çox yüklənmişdik"

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama görüşlərini keçirib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanov eyni gündə əvvəlcə “Baçka Topola” ilə görüşdə futbolçularının hazırlıq durumunu yoxlayıb.

Serbiya klubu ilə qarşılaşmada əsasən gənclərə üstünlük verilib. Oyun rəqibin qələbəsi ilə yekunlaşıb. “Baçka Topola” ikinci hissədə vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.

Axşam saatlarında isə “Qarabağ”ın əsas heyəti meydana çıxıb. Budəfəki rəqib Polşa təmsilçisi “Şlensk” olub. Marko Veşoviç və Kadi Borqesin qol vurduğu matçda təmsilçimiz 2:3 hesabı ilə uduzub.

Antalya toplanışı çərçivəsində “Qaz Metan”la (Rumıniya) qolsuz bərabərə qalan “Qarabağ” yanvarın 25-də daha iki matça çıxacaq. “Köhlən atlar” həmin gün əvvəlcə “Tatran” (Slovakiya), ardından isə “Visla”nı (Krakov, Polşa”) sınağa çəkəcək.

Qurbanov komandanın ümumi hazırlığına hər iki yoldaşlıq oyunundan sonra qiymət verdiyini və razı qaldığını sözlərinə əlavə edib:

"Ola bilsin ki, son 15-20 dəqiqədə yorğunluq hiss olunsun. Amma buna baxmayaraq, lazım olan epizodlarda sürəti qaldıra bilirdilər.

Çətin idi. Ancaq hər halda bu, normaldır. Əvvəlki günlərdə çox yüklənmişdik. Hazırlığımız düşündüyümüz plan üzrə gedir".

Digər Xəbərlər
Xəbər Lenti