APOEL "Qarabağ"lı legionerə elçi düşdü – 200 minlik təkliflə

21 Yanvar 2022 14:00 Qarabağ 1 724
APOEL "Qarabağ"lı legionerə elçi düşdü – 200 minlik təkliflə

APOEL «Qarabağ»ın yarımmüdafiəçisi Kadi Borgesə yaxından maraq göstərir.

Son illərdə avrokuboklarda bir neçə dəfə Ağdam klubuna rəqib olmuş Kipr təmsilçisinin rəsmiləri braziliyalı legionerin menecerləri ilə əlaqə yaradıb.

Onlar 25 yaşlı «sambaçı»nın «köhlən atlar»la müqavilə şərtləri barədə məlumat toplayıb.

Cənubi amerikalının «Qarabağ»dakı qazancını öyrənən APOEL nümayəndələri ona illik 200 min avro ödəyə biləcəklərini deyib.

Bu mövsümdən Azərbaycanda çıxış edən braziliyalı orta sahə oyunçusunun sözləşməsi 3 illikdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti