Gürcü qapıçı Şahruddin və Emillə rəqabət haqda NƏ DEDİ? – “Elə insanları sevmirəm”

20 Yanvar 2022 20:00 Qarabağ 2 279
Gürcü qapıçı Şahruddin və Emillə rəqabət haqda NƏ DEDİ? – “Elə insanları sevmirəm”

“Şahruddin Məhəmmədəliyevlə Emil Balayev təcrübəli qapıçılardır.

Avrokubok təcrübələri var, millidə oynayırlar”.

“Qarabağ”ın qış hazırlığı dönəmində heyətinə qatdığı Luka Quqeşaşvili Sportinfo.az-a açıqlamasında onu yeni komandasında gözləyən rəqabət haqda danışıb.

Gürcüstan millisinə də dəvət olunan qapıçı “Qarabağ”da onu asan gəzinti gözləmədiyini bilərək, bu komandada oynamağa razılıq verib.

Lakin o, özünə güvənir və çəkəcəyi zəhmətin səmərə verəcəyini düşünür:

“Həyatda hədəfi olmayan insanları sevmirəm. Hansısa işə girişmisənsə, xüsusən də idmançısansa, əziyyət çəkməli, mübarizə aparmalı, məqsədinə çatmaq üçün çalışmalısan.

Deməyim odur ki, əsas heyətdə özümə yer etmək üçün bacardığımın ən yaxşısını edəcəyəm.

Kimin oynayacağına isə baş məşqçi qərar verəcək. Həyatda asan heç nə yoxdur. İstəyinə çatmaq üçün daim mübarizə aparmalısan”.

Luka Quqeşaşvili 2018-ci ildə Tiflis “Dinamo”sundan Polşa “Yagelloniya”sına keçsə də, bu komandada debüt edə bilməyib.

Müxtəlif vaxtlarda “Dila”da və “Qranada”nın ikinci komandasında icarədə oynayıb.

Gürcüstanın əsas millisinə də dəvət olunan qolkiper “Yagelloniya”dan mövsümün sonuna qədər icarəyə götürülüb. “Qarabağ” futbolçunun gələcək xidmətində maraqlı olsa, yayda onu transfer edə biləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu