"Qarabağ"a keçdi, paylaşım etdi, sağollaşdı: "Ömürlük dostlar qazandım"

14 Yanvar 2022 11:20 Qarabağ 826
"Qarabağ"a keçdi, paylaşım etdi, sağollaşdı: "Ömürlük dostlar qazandım"

"Qarabağ"ın yeni transferi Leandro Andrade Bolqarıstanın "Çerno More" klubu ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı cinah yarımmüdafiəçi bu barədə instaqram hesabından paylaşım edib.

Portuqaliyalı oyunçu 1,5 il çıxış etdiyi Bolqarıstan təmsilçisində unudulmaz xatirələr və ömürlük dostlar qazandığını yazıb:

"Mənə verilən fürsətə görə baş məşqçiyə təşəkkür edirəm. Komanda yoldaşlarıma və mənə dəstək olan bütün azarkeşlərə minnətdaram. Kluba və onunla əlaqəsi olan bütün insanlara uğurlar arzulayıram".

"Qarabağ" Leandro Andrade ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti