"Onda “Neftçi” və “Xəzər Lənkəran” daha güclü idi, indi də “Qarabağ” - "Bakı"lı fransız

12 Yanvar 2022 02:30 Qarabağ 841
"Onda “Neftçi” və “Xəzər Lənkəran” daha güclü idi, indi də “Qarabağ” - "Bakı"lı fransız

Azərbaycanda çıxış etmiş azsaylı fransızlardan olan Stefan Borbikoni açıqlama verib.

Sportinfo.az xəbər verir ki, vaxtilə “Bakı"nın formasını geyinmiş Borbikoni saytımıza açıqlamasında Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” görüşləri barədə danışıb.

Fransanın “Metz” klubunda uzun illər çıxış etmiş veteran futbolçu “Qarabağ”la matçda həmyerlilərini daha şanslı hesab edib:

“Əlbəttə ki, “Qarabağ” yaxşı yadımdadı. Onlara qarşı matçlar da xatirimdədi. “Marsel”lə oyununa gəldikdə, “Qarabağ” üçün onları məğlub etmək çətin olacaq. Əslində, Fransada azarkeşlər də “Marsel”in qalib gələcəyini düşünür.

Azərbaycanda oynadığım dönəmdə “Bakı”, “İnter”, “Neftçi” və “Xəzər Lənkəran” daha güclü komandalar idi.

Amma “Qarabağ” indi güclüdü və avrokuboklarda da uğurlu çıxış edir. “Marsel” – “Qarabağ” matçı maraqlı alınacaq” (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti