“Bazel”lə bağlı elə faktlar var ki... “Qarabağ” özünü necə qorusun?

7 Dekabr 2021 20:20 Qarabağ 1 089
“Bazel”lə bağlı elə faktlar var ki... “Qarabağ” özünü necə qorusun?

“Qarabağ” növbəti ciddi sınaqla üz-üzədir.

Səfərdə “Kayrat” üzərində qazanılan 2:1 hesablı qələbə ilə pley-off mərhələsinə vəsiqəni təmin edən Avropa Konfrans Liqasındakı təmsilçimizin qarşısında indi də qrup mərhələsini ilk pillədə başa vurmaq hədəfi dayanıb.

Bunun üçün ağdamlılar dekabrın 9-da “St. Yakob-Park”da “Bazel”i məğlub etməlidir. Məqsədə çatmaq üçün bizimkiləri yalnız və yalnız qələbə qane edir.

Bərbibaşdan qeyd edək ki, Bakı Olimpiya Stadionundakı ilk qarşılaşmada qolsuz bərabərlik qeydə alınmışdı.

“Bazel” İsveçrə nəhəngi hesab olunur və 128 illik tarixi ərzində istər daxili, istərsə də Avropa yarışlarında uğurlu nəticələrlə yadda qalmağı bacarıb.

Son illər komandada müəyyən “laxlamaların” olması 20 qat ölkə çempionunu cari avrokubok mövsümündə Avropa Konfrans Liqasında mübarizə aparmağa məcbur etdi.

İnsaf naminə, pis təsir bağışlamadığını deməliyik.

“Bazel”i rəqibləri üçün qorxulu edən cəhət Bazeldəki oyunlarda kifayət qədər xoş təsir bağışlamasıdır.

Təsəvvür edin, “qırmızı-göylər” cari mövsümdə “ev”də keçirdiyi 13 oyunun (8-i çempionat, 5-i Konfrans Liqası) yalnız 1-də məğlubiyyət acısı yaşayıb.

Noyabrın 7-də “Sankt Qallen”lə qarşılaşma 0:1 hesablı yenilgi ilə yadda qalıb. Yerdə qalan 7 görüşün nəticəsi belədir: 5 qələbə, 2 heç-heçə.

FCB İsveçrə çempionatı ilə müqayisədə Avropa Konfrans Liqasında daha amansız görünür.

“Qarabağ”ın rəqibi bu yarışda iyuldan bu yana Bazeldə keçirdiyi 5 oyunun hamısını qələbə ilə başa vurub. Bəli, məhz 5 qələbə. 3-ü təsnifat mərhələsində, 2-si qrupda.

Bazel – Partizani (Tirana) - 3:0
Bazel – Uypeşt – 4:0
Bazel – Hammarbü – 3:1
Bazel – Kayrat – 4:2
Bazel – Omoniya – 3:1

Rəqəmlərdən də göründüyü kimi, isveçrəlilər doğma meydandakı 5 matçda rəqib qapılarından 17 top keçirib. Bu isə hər görüşdə orta hesabla təxminən 3 qoldan da artıq deməkdir.

Bu fakt ağdamlıları hər nə qədər diqqətli və ehtiyatlı davranmağa sövq etsə də, “Bazel”in çempionatın son 2, Avropa Konfrans Liqasının son 3 ev matçında qapısını toxunulmaz saxlaya bilməməsi daim qol axtarışında olan “Qarabağ” üçün ümidverici faktdır.

Təbii, 90 dəqiqə ərzində nələrin baş verəcəyini oyunun gedişatı göstərəcək. Bu kimi məlumatları xatırlatmaqla məqsədimiz cümə axşamkı oyunun kifayət qədər maraqlı və bol qollu alına biləcəyini sizə çatdırmaqdır.

Uğur olsun, “Qarabağ”!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı