Bu futbolçudan gələn xəbər Qurban Qurbanovun ürəyincə oldu

7 Dekabr 2021 13:00 Qarabağ 4 493
Bu futbolçudan gələn xəbər Qurban Qurbanovun ürəyincə oldu

Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”in qonağı olacaq “Qarabağ” bu gün İsveçrəyə yollanacaq.

Ağdam təmsilçisini Bazel şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Ötən həftəsonu “Sabah”la keçirilən Premyer Liqanın 13-cü tur matçını (5:1) buraxan Kevin Medina səfər qafiləsində yer alacaq.

Kolumbiyalı müdafiəçi dekabrın 9-da təşkil olıunacaq qqrup mərhələsinin son turunda meydana çıxa biləcək.

Məşqin sonunda ayağında ağrı hiss edən və 2 dəfə MRT müayinəsindən keçən legionerin zədəsi ciddi deyil. Cənubi amerikalının ayağının arxa bud əzələsində cuzi qanaxma olub ki, bu da fiziki yüklənmə ilə əlaqədardır.

Medina məşqçilər korpusuna bildirib ki, özünü yaxşı hiss edir və komandaya kömək etməyə hazırdır.

"Qarabağ" və "Bazel" H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı