"Hakimlər "Qarabağ"a qarşı çox səhvlərə yol verir" - Qurbanovdan XƏBƏRDARLIQ

7 Dekabr 2021 10:40 Qarabağ 739
"Hakimlər "Qarabağ"a qarşı çox səhvlərə yol verir" - Qurbanovdan XƏBƏRDARLIQ

"Qarabağ" "Bazel"lə ölüm-dirim mübarizəsinə çıxacaq".

Bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel"lə matçı haqqında danışan Alim Qurbanov deyib.

Qrup lideri olmaq üçün İsveçrədə "Qarabağ"a yalnız qələbə sərf edir. Komandanın sabiq yarımmüdafiəçisi ağır oyunda komandamızın bunu bacaracağına inandığını bildirib:

"Qrup birincisi olmağı üçün komandamıza, ancaq qələbə lazımdır. Mən ağır oyunda "Qarabağ" inanıram. Təmsilçimiz səfər matçlarında daha yaxşı çıxış edir.

Pis olan odur ki, rəqibə bu görüşdə heç-heçə də sərf edir. Yəqin ki, "Bazel" oyunu müdafiədən quracaq. "Qarabağ"ın daha çox hücum edəcəyi gözlənilir.

Bu halda müdafiəni unutmaq olmaz. İnşallah, komandamız 2-1 hesablı qələbə qazanacaq".

Avrokuboklarda zaman-zaman təmsilçimiz hakimlərin səhv qərarları ilə üz-üzə qalıb. Elə hazırkı mövsüm də belə hal az yaşanmayıb.

Qurbanovu da bu məqam ciddi narahat edir:

"Hakimlər "Qarabağ" qarşı çox səhvlərə yol verirlər. Düşünürəm ki, verilən belə hakim qərarları bilərəkdən edilir.

Məqsəd "Qarabağ"ın qarşısını almaqdır. Növbəti dəfə eyni hal yaşana bilər. Komandamız "Bazel"lə oyunda buna da hazır olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı