“Qarabağ”ın legionerinin üzüntüsü: “Bütün planlarım alt-üst oldu”

3 Dekabr 2021 14:20 Qarabağ 2 701
“Qarabağ”ın legionerinin üzüntüsü: “Bütün planlarım alt-üst oldu”

“Qarabağ”ın aparıcı futbolçularından olan Patrik Andrade qış fasiləsi öncəsi üzgündür.

Çempionatın ilk yarısının başa çatmasını nəzərə alan “6 nömrə” bunun üçün plan qurubmuş. Lakin qurduğu plan “suya düşüb”.

Patrik növbəti Milad bayramını da vətənində keçirə bilməyəcək. Kabo-verdeli yarımmüdafiəçi saytımıza açıqlamasında bu barədə açıqlama verib:

“Artıq 7-ci ildir Milad bayramını doğmalarımla keçirə bilmirəm. Düşünürdüm ki, bu il həsrətə son qoyub, xanımım və qızımı götürüb Kabo Verdeyə gedər, bayram günlərində anamın, bac və qardaşlarımın yanında olaram. Lakin yenə qismət olmadı".

“Qarabağ”ın legioneri bunu qismətlə bağlayıb:

“Dekabrın 16-da Azərbaycan Premyer Liqasında 14-cü turun oyunları var. Ardınca ailəmlə Portuqaliyaya yollanacam.

Dekabrın 26-da isə millinin düşərgəsində olmalıyam. Bayram günlərində yığmanın sıralarında olacam.

Milliyə çağrılmağım bütün planlarımı alt-üst etdi. 7 ildən sonra bayramı anamın yanında keçirmək istəyirdim, yenə alınmadı”.

Cari mövsümdə “Qarabağ”ın heyətində 20 oyuna çıxan Patrik Andrade Azərbaycana gələnə qədər Portuqaliya və Bolqarıstanda legioner həyatı yaşayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti