"Azərbaycandan 2 təklif aldım, 10000 dollar verirdilər, 3 dəfə az maaşa müqavilə bağladım"

2 Dekabr 2021 13:40 Qarabağ 1 179
"Azərbaycandan 2 təklif aldım, 10000 dollar verirdilər, 3 dəfə az maaşa müqavilə bağladım"

Sergey Kravçenko illər öncə "Qarabağ"dan ayrılmasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, hazırda Ukraynada "Çernomorets"in şərəfini qoruyan yarımmüdafiəçi Azərbaycandan getməsi haqda yerli mətbuata bunları söyləyib:
"Azərbaycan çempionatında qış fasiləsi yarandıqdan sonra Ukraynaya qayıtdım və Donetskdə keçirilən turnirdə iştirak etdim.

"Vorskla"nın nümayəndələri oyunumu görüb məni baxışa çağırdılar. "Qarabağ"la 6 aylıq müqaviləm qalmışdı.

Amma danışıq olmuşdu ki, yaxşı təklif gəlsə, məni buraxacaqlar. Həmin ərəfədə Azərbaycandan 2 sərfəli təklif aldım.

Aylıq 10000 dollar verirdilər. Mən isə "Vorskla" ilə bundan 3 dəfə az maaşa müqavilə bağladım".

Sergey Kravçenko 2005/2006 mövsümünün ilk hissəsində "Qarabağ"ın formasını geyinib. Donetsk "Şaxtyor"unun yetirməsi olan yarımmüdafiəçi 10 dəfə Ukrayna millisində çıxış edib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"