“Qarabağ”ın futbolçularının heç yerdə olmayan illik hesabatı - “Sportinfo” təqdim edir

1 Dekabr 2021 20:40 Qarabağ 1 343
“Qarabağ”ın futbolçularının heç yerdə olmayan illik hesabatı - “Sportinfo” təqdim edir

“Qarabağ”ın “Omoniya” ilə gərgin oyundan sonra necə görünəcəyi az maraq kəsb etmirdi.

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində Qəbələdə yerli komanda ilə Ağdam təmsilçisi arasında baş tutan oyunda Konfrans Liqasının qrup mərhələsindəki yeganə komandamızın üzvlərinin yorğunluğu aşkar hiss olunurdu.

Oyundan sonra 90 dəqiqə ilə bağlı fikirlərini dilə gətirən Qurban Qurbanov sıx qrafiki və oyun sayının çoxluğunu qabardıb, yetirmələrinin yorğunluğunu anlayışla qarşıladığını demişdi.

Təbii, son illər ilboyu ən çox oyun keçirən “Qarabağ”ın futbolçularıdır.

Daxili çempionatda, ölkə kubokunda, avrokuboklarda, millilərdə və yoldaşlıq görüşlərində forma geyinən oyunçuların əksəri 50 və daha çox sayda oyunda meydanda olur. Belədə, yüklənmə və yorğunluq anlaşılandır.

“Qarabağ”ın üçün bu ilin başa çatmasına - 2-si çempionat, 1-i Avropa Konfrans Liqası – 3 oyun qalmasına baxmayaraq, komanda üzvlərinin yanvardan bu yana hansı yarışlarda hansı sayda oyunda meydanda olduğuna nəzər yetirdik.

Şah. Məhəmmədəliyev 19 2 11 8 5 45
Emil Balayev 11 2 0 4 3 20
Maksim Medvedev 24 4 10 11 6 55
Kevin Medina 19 4 11 0 6 40
Bədavi Hüseynov 7 3 0 5 1 16
Abbas Hüseynov 20 3 11 9 5 48
Toral Bayramov 24 4 11 7 4 50
Rahil Məmmədov 10 2 1 0 3 16
Elvin Cəfərquliyev 13 3 0 1 2 19
Marko Veşoviç 13 0 9 8 0 30
Bəhlul Mustafazadə 19 0 3 3 1 26
Qara Qarayev 23 4 11 10 6 54
Filip Ozobiç 19 0 10 7 3 39
Patrik Andrade 25 3 10 6 6 50
Abdullah 2ubir 27 4 11 0 4 46
Kadi Borges 27 0 11 0 5 43
Xayme Romero 15 3 7 0 5 30
İsmayıl İbrahimli 18 4 5 5 3 35
Riçard Almeyda 24 3 4 0 0 31
Qaspar Panadero 16 0 0 0 0 16
İbrahima Vadji 20 0 5 0 0 25
Ramil Şeydayev 24 1 11 11 5 52
Musa Qurbanlı 16 2 4 6 5 33

1 - Çempionat 2 - Ölkə kuboku 3 - Avrokubok 4 - Milli 5 - Yoldaşlıq 6 - Cəm

Qeyd: Azərbaycan Premyer Liqasında oyun sayı ötən mövsümün ikinci yarısı və cari mövsüm üzrə hesablanıb. Yoldaşlıq görüşləri isə yanvarda və iyuldakı matçlara əsasən.

Siyahıdan da göründüyü kimi, “Qarabağ”da ilboyu ən çox oyun keçirənlər milli üzvvləridir: Maksim Medvedev, Qara Qarayev, Ramil Şeydayev, Toral Bayramov, Abbas Hüseynov, Şahruddin Məhəmmədəliyev, Patrik Andrade...

Dekabrın sonuna qədər daha 3 oyunda forma geyinmək şanslarının olduğunu nəzərə alsaq, sayın çoxalacağı məlumdur.

Qısası, Qurbanovun əsas heyətdə mütəmadi güvəndiyi futbolçuların əksəri il ərzində 50-60 arası matçda forma geyinir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti