"Qarabağ"a vurulan qolun bənzəri olmadı - VİDEO

26 Noyabr 2021 23:00 Qarabağ 666
"Qarabağ"a vurulan qolun bənzəri olmadı - VİDEO

Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasında Portuqaliya "Braqa"sında çıxış edən Gelonun qolu azarkeşlərin sorğusuna əsasən birinci olub.

Onun Danimarka "Midtüllan"i ilə matçın 85-ci dəqiqəsində endirdiyi zərbə baxımlı alınıb. Görüş "Midtüllan"ın qələbəsi ilə yekunlaşıb - 3:2.

Konfrans Liqasında isə "Omoniya"nın futbolçusu Jordi Qomesin Bakıda "Qarabağ"a vurduğu qol ən yaxşı adına layiq görülüb.

İspaniyalı oyunçu 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb = 2:2.

Digər Xəbərlər
Xəbər Lenti