Ramil Şeydayev “Qarabağ”a necə fayda verir?

25 Oktyabr 2021 20:40 Qarabağ 918
Ramil Şeydayev “Qarabağ”a necə fayda verir?

“Qarabağ”ın futbolçuları Konfrans Liqasının qrup mərhələsində 3 turdan sonra statistik göstəricilərə görə ən yaxşılar sırasındadı.

Sportinfo.az xəbər verir ki, Kadi Borges və Ramil Şeydayev vurduqları 2 qolla digər klubların futbolçuları ilə birlikdə 5-ci yerləri bölüşür.

Ağdam klubunun yarımmüdafiəçisi Patrik Andrade (9) isə top qazanmaqda “Anortosis”in futbolçusu Paulus Aauridən(10) sonra 2-ci pillədədi.

Maksim Medvedev və Kevin Medina da ən yaxşılar sırasında özlərinə yer edə bilib.

Belə ki, Maksim (27) və Medina (25) ikili mübarizədən qalib ayrılmalarına görə ən yaxşı "beşliy"ə daxil olub. Burada ən yaxşı göstərici “Yablonets”in müdafiəçisi Yaroslav Zeleniyə (30) məxsusdu.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!