"O, "Qarabağ"a qarşı da bunu etdi"

23 Oktyabr 2021 20:40 Qarabağ 1 887
"O, "Qarabağ"a qarşı da bunu etdi"

"Açığı, "Qarabağ"dan qələbə gözləyirdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın Konfrans Liqasında "Kayrat"ı 2:1 məğlub etməsinə münasibət bildirən Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis düşünür ki, qrupun iki favoriti var və mübarizə də sona kimi onların arasında gedəcək:

"Qrupun favoriti "Bazel"lə bərabər "Qarabağ"dır. Öncədən bunu demişdim. Əlbəttə, fikrim digər klubları aşağılamaq deyil.

Hər biri ölkəsinin çempionlarıdır. "Qarabağ" həm "Omoniya"ya, həm də "Kayrat"a qarşı ağır oyunlar keçirdi.

Düzdü, ilk hissə "Kayrat" pis təsir bağışlamadı. "Qarabağ" bir az əziyyət çəkdi. Amma ikinci hissə möhtəşəm oyunla qələbə qazandı. İnanıram ki, növbəti matçlarda yaxşı çıxış edib, qrupu birinci yerlə başa vurmaq olar".

Hüseynov "Kayrat"la matçda çətinlik çəkməyimizi rəqib komandanın çalışdırıcısı Kurban Berdıyevlə bağlayıb:

"Qarabağ" zəif çıxış eləmədi. Komandamız yaxşı təsir bağışladı. Sadəcə Kurban Berdıyev yaxşı müdafiə qurmağı bacaran mütəxəssisdir. Təmsilçimizə qarşı da bunu edə bildi. Nəticə "Qarabağ" əziyyət çəkməli oldu".

O, sonda birincilik uğurunda mübarizənin taleyinə İsveçrədə aydınlıq gələcəyini sözlərinə əlavə edib:

"Bazel" və "Qarabağ" digər rəqibləri 6 xal qabaqlayır. Məncə, mübarizə də sona kimi bu komandalar arasında gedəcək.

Birinci yerin taleyi sonuncu tur İsveçrədə həll olunacaq. Düşünürəm ki, həmin görüşə kimi hər iki kollektiv də qələbələr qazana biləcək".

Digər Xəbərlər
Xəbər Lenti