“Tofiq Bəhramov”nun qazonu və 40 faiz endirim - FOTOLAR

21 Oktyabr 2021 19:50 Qarabağ 561
“Tofiq Bəhramov”nun qazonu və 40 faiz endirim - FOTOLAR

"Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda Qazaxıstan "Kayrat"ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunun meydançası ötən həftələrlə müqayisədə yaxşı vəziyyətə gətirilib.

Yeri gəlmişkən, oyuna gələcək azarkeşlər yalnız Respublika stadionunun ərazisində fəaliyyət göstərəcək Fan-Şopun xüsusi endirimdən yararlana biləcək. Bütün məhsullara 40 faiz endirim olacaq.

Digər Xəbərlər
Xəbər Lenti