“Qarabağ” təcili satışa çıxardı – ƏLAVƏ OLARAQ

21 Oktyabr 2021 17:50 Qarabağ 765
“Qarabağ” təcili satışa çıxardı – ƏLAVƏ OLARAQ

Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək “Qarabağ” – “Kayrat” oyununa bütün biletlər satılıb.

Sportinfo.az xəbər verir ki, bu haqda qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.

O deyib ki, oyuna marağın boyük olduğunu nəzərə alaraq klub daha 214 bileti satışa çıxarıb:

“Əslində 28-ci sektor üçün nəzərdə tutulan bu biletlər yalnız qonaq komandanın azarkeşlərinə ayrılmışdı.

Lakin bu dəqiqəyə qədər qarşı tərəfdən bizə bununla bağlı müraciət olmadığından və UEFA-nın da razılığı ilə qazaxıstanlı azarkeşlər üçün ayrılan biletləri də bu dəqiqədən etibar “Qarabağ” azarkeşləri kassalardan əldə edə bilərlər”.

Bu sektor üçün bir biletin qiyməti 3 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər (15 minə yaxın) azarkeş tribunalara buraxılacaq.

Digər Xəbərlər
Xəbər Lenti