“Bu gün "Qarabağ"ın qələbə ehtimalı 60 faizdir” - İSPANİYALI

21 Oktyabr 2021 20:40 Qarabağ 657
“Bu gün "Qarabağ"ın qələbə ehtimalı 60 faizdir” - İSPANİYALI

"Bu qarşılaşmanın favoriti "Qarabağ"dır.

Çünki evdə oynayırlar və eyni zamanda Avropada böyük təcrübəyə malikdirlər.

Bütün bunlar "Kayrat"ın daha az təzyiqlə oynamasına kömək edə biləcək amillərdir".

bu fikirləri "Kayrat"ın sabiq baş məşqçisi Karlos Alos Ferrer Almatı təmsilçisinin "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl "Bookmaker-ratings.kz" nəşrinə açıqlamasında deyib.

46 yaşlı ispaniyalı mütəxəssis Qazaxıstan klubunun qələbə şansının olduğunu da söyləyib:

"Çünki əla komandaya sahibdirlər. Fikrimcə, "Qarabağ"ın qələbə ehtimalı 60 faizdir. Lakin "Kayrat"ın bu matçda lazım olan xalları toplamaq üçün hələ də yaxşı imkanları var".

Alos Ferrer Ağdam təmsilçisinin oyun ərzində topa daha çox sahib olduğunu xatırladıb:

"Kayrat" buna hazır olmalıdır. Komandanın hücumçuları bütün şanslardan istifadə etmək məcburiyyətindədirlər.

Onlar müdafiədən hücuma keçərkən bütün boşluqlardan yararlanmalı, kollektiv şəkildə müdafiəyə çəkilməyə hazır olmalıdırlar.

Həmişə keçmiş komandalarıma azarkeşlik edirəm. Ümid edirəm ki, qonaqlar 2:1 hesabı ilə qələbə qazanacaqlar. Ancaq bu, asan olmayacaq".

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!