Premyer Liqada meydana çıxan bütün komandalar… İLK DƏFƏ

20 Oktyabr 2021 17:10 Qarabağ 467
Premyer Liqada meydana çıxan bütün komandalar… İLK DƏFƏ

Premyer Liqanın 7-ci turunda meydana çıxan bütün komandalar qol vurub.

Sportinfo.az-ını PFL-in saytına istinadən xəbər verir ki, buna mövsümdə ilk dəfə təsadüf olunub.

“Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb.

Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.

Ozobiç “Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.

Digər Xəbərlər
Xəbər Lenti