“Qarabağ” düz 5 aydır... – Ağdamlılar bu göstəricilərlə öyünə bilər

18 Oktyabr 2021 22:40 Qarabağ 647
“Qarabağ” düz 5 aydır... – Ağdamlılar bu göstəricilərlə öyünə bilər

“Qarabağ” cari mövsümdə parlaq çıxışını davam etdirməkdədir.

Avrokubokların təsnifat mərhələsindəki 6 oyunun heç birində məğlub olmayan ağdamlılar, qrupdakı 2 matçda da uduzmayıb.

Üstəgəl, ölkə çempionatının startından bu yana 7 oyunluq məğlubiyyətsiz seriya davam etməkdədir.

Qısası, Qurban Qurbanovun yetirmələri 2020-21 mövsümünün sonuncu turunda – mayın 19-da “Neftçi”yə məğlub olandan sonra (0:1) düz 15 rəsmi qarşılaşma, başqa cür desək, 5 aydır ki, yenilginin nə olduğunu bilmir.

Hələ bu harasıdır? “Köhlən atlar”ın məhsuldarlığı da göz oxşayır. “Qarabağ” iyulun 22-dən bu yana keçirdiyi 15 görüşün yalnız 2-də meydanı qolsuz tərk edib.

Bunlar “Aşdod” və “Bazel”lə Bakıdakı oyunlardır. Digər 13 matçın hamısında qol istəyinə çatan “Avropa fatehi” ümumilikdə 24 qol vurub. Bu isə hər oyunda təxminən 2 qol deməkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu