Qurban Qurbanovun qışda yola salmaq istədiyi ilk futbolçu

15 Oktyabr 2021 09:40 Qarabağ 2 108
Qurban Qurbanovun qışda yola salmaq istədiyi ilk futbolçu

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun qışda yola salmaq istədiyi ilk futbolçunun adı məlum olub.

Ağdamlıların çalışdıırıcısı Rahil Məmmədovun xidmətindən imtina etməyə hazırdır.

Ortada ciddi səbəb var - bir neçə ildir düşərgədə yer alan müdafiəçi tez-tez zədə alır. Həkimlərin rəyinə görə, bu, yığmanın sabiq üzvünün gündəlik idmançı rejiminə əməl etməməsi ilə əlaqədardır.

Rahil demək olar hər ay, yaxud iki aydan bir sıradan çıxır və bunun davamlı ıhal alması Qurbanovun onun barədə düşüncələrini mənfiyə doğru dəyişib.

Düzdür, «köhlən atlılar» yayda Məmmədovla müqavilənin müddətini 2 illik uzadıb, amma bu, baş məşqçinin planlarına təsir etməməlidir.

Çünki o, bunadək heç cür özünə gəlməyən müdafiəçinin indən belə özünü toparlayacağına inamını itirib. Daha dəqiq desək, «Neftçi»nin yetirməsi onda bu ümidi tamamilə azaldıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti