"Azərbaycanda bu imkanlar yoxdur, şansları azdır"

12 Oktyabr 2021 14:20 Qarabağ 998
"Azərbaycanda bu imkanlar yoxdur, şansları azdır"

"Əlbəttə, maraqlı oyun olacaq. Matçı izləyəcəm.

Görüşü səbirsizliklə gözləyirəm. Çünki hər iki komandada dostlarım var".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Uroş Matiç Serbiyanın evdə Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu barədə "republika.rs" saytına açıqlamasında deyib.

Serbiyalı yarımmüdafiəçi həmyerlilərinin forvarit olduğunu bildirib:

"Bu, heç kimə sirr deyil. Çünki komandamız evdə oynayacaq. Yığma doğma meydandakı matçlarda yaxşı oyun və nəticə göstərir.

Azərbaycanda isə bu imkanlar yoxdur. İrlandiyadaya 0:3 hesablı məğlubiyyət yəqin ki, komandaya ağır zərbə vurdu.

Amma rəqibin bu qədər zəif olması fikirlərilə razı deyiləm. Düzdür, real baxsaq, Azərbaycanın şansları həqiqətən azdır".

Oktyabrın 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Matçın asan keçməyəcəyini deyən 31 yaşlı oyunçu öz proqnozunu da açıqlayıb:

"Azərbaycan millisi Serbiyaya qarşı ənənəvi olaraq yaxşı oynayır. Qoy, hesab 2:1 bizim xeyrimizə olsun".

Uroş Matiç 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti