”Gərək buraxdığımız səhvləri təkrarlamayaq, bundan dərs çıxaraq”

11 Oktyabr 2021 14:20 Qarabağ 451
”Gərək buraxdığımız səhvləri təkrarlamayaq, bundan dərs çıxaraq”

”Azərbaycan çempionatında işlərimiz yaxşı gedir. Ümumiyyətlə, doğru yolda olduğumuzu düşünürəm”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri ”Qarabağ”ın legioneri Kevin Medina işlədib.

Azərbaycanda ikinci mövsümünü keçirən kolumbiyalı müdafiəçi bildirib ki, məqsədləri çempion olmaqdır:

”Çalışacağıq ki, ötən mövsün buraxdığımız səhvləri təkrarlamayaq və bundan dərs çıxaraq. Premyer Liqada birinci olub, Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etmək istəyirik.

Bu turnirdə iştirak etmək həm “Qarabağ”ın, həm də azarkeşlərimizin istəyidir. “Qarabağ” böyük turnirlərə yaraşan komandadır.

Çempionatda asan rəqib yoxdur. Onların da hədəfləri var və buna görə çalışırlar. Lakin bizim də məqsədimiz çempionluqdur və bu arzu dəyişmir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"