“QARABAĞ”: “Bu futbolçuların heç birini göndərmək niyyətində deyilik”

8 Oktyabr 2021 16:40 Qarabağ 3 384
“QARABAĞ”: “Bu futbolçuların heç birini göndərmək niyyətində deyilik”

Konfrasn Liqasında uğurlu qrafik cızan “Qarabağ”ın futbolçuları haqda yeni iddia ortaya atılıb.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, avrokuboklardakı yeganə Azərbaycan təmsilçisinin 3 oyunçusuna Avropa klublarından təklif gəlib.

Söhbər Abdulla Zubir, Kadi Borges və Patrik Andradedən gedir. Rusiya, Türkiyə və Polşa komandalarının onlarla danışıqlar apardığı bildirilir.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Sportinfo.az-a açıqlamasında bu iddialara münasibət bildirib:

“Bu futbolçuların klubumuzla müqaviləsi var. Ümumiyyətlə, son həftələrdə bizə heç bir təklif gəlməyib. Müqaviləsi davam edən futbolçuların heç birini komandadan göndərmək niyyətində deyilik”.

Digər Xəbərlər
Xəbər Lenti