“Qarabağ”ın müdafiəçisi: “Tarix yazmaq istəyirik”

7 Oktyabr 2021 11:20 Qarabağ 1 696
“Qarabağ”ın müdafiəçisi: “Tarix yazmaq istəyirik”

“Qarabağ”ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı legioner Ağdam klubunun Konfrans Liqası və Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışıb:

“Mövsümə uğurlu başlamağımızın səbəbini yaydakı təlim-məşq toplanışı ilə əlaqələndirmək olar. Toplanışı yaxşı keçirtmişdik və yüksələn xətt üzrə inkişafımız göz önündədir.

Oyundan oyuna performansımızı daha da artırırıq. Mövsümə yaxşı başlamığımızı daha çox bununla əlaqələndirirəm.

Konfrans Liqasının təsnifat oyunlarını uğurlu adladıq və qrup mərhələsinə vəsiqə qazandıq. Qrup mərhələsinə də yaxşı başladıq.

Yeni turnirdə tarix yazmaq istəyirik, bizim istəyimiz budur. Yerimizdə saya bilmərik, çox çalışmalıyıq və bunu komandanın hər bir üzvü başa düşür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı