"Bunun "Qarabağ"la oyundan əvvəl bizə mənfi təsir edəcəyinə inanmıram"

27 Sentyabr 2021 16:20 Qarabağ 606
"Bunun "Qarabağ"la oyundan əvvəl bizə mənfi təsir edəcəyinə inanmıram"

"Bu görüşün nəticəsinin "Qarabağ"la oyundan əvvəl bizə mənfi təsir edəcəyinə inanmıram. Hazırda bu barədə düşünmürük".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Omoniya"nın baş məşqçisi Henninq Berq çempionatın IV turunda "Pafos"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra deyib.

52 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsinin II turundakı matça köklənmək istədiklərini bildirib:

"Komandamızın müdafiədə yaxşı olduğunu düşünürəm, hücumda isə daha kəsərli olmalıyıq. "Qarabağ"la oyunu səbrsizliklə gözləyirik".

Sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti