"QARABAĞ": Bir nəfərlə iki dəfə… FOTOREPORTAJ

21 Sentyabr 2021 09:20 Qarabağ 609
"QARABAĞ": Bir nəfərlə iki dəfə… FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azərsun Arena"da keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qolu Filip Ozobiç vurub.

Azərbaycan millisinin yarımmüdafiəçisi əvvəlcə 42-ci dəqiqədə penaltidən fərqlənib. 30 yaşlı futbolçu görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə isə son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Qarabağ" "Qəbələ" ilə 1-2-ci yerləri bölüşdürür. "Sumqayıt" isə 6 xalla 5-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!