"Qarabağ" topa ən çox sahib olan komandalar sırasında

20 Sentyabr 2021 11:00 Qarabağ 599
"Qarabağ" topa ən çox sahib olan komandalar sırasında

Konfrans Liqasının qrup mərhələsinin l turundan sonra statistik göstəricilər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Bakıda İsveçrə "Bazel"ə ilə qolsuz heç-heçə edən "Qarabağ" topa ən çox sahib olan komandalar sırasında yer alıb.

Ağdam təmsilçisi İsveçrə klubuna qarşı görüşdə 58 faiz topa sahib olma ilə oynayıb. "Köhlən atlar" bu nominasiyada 6-cı sıradadır.

Bundan əlavə, "Qarabağ" ilk turda ən çox küncdən zərbə yerinə yetirən ikinci komandadır. Komanda oyun ərzində 8 dəfə küncdən zərbədən istifadə edib. Birinci pillədə isə Niderlandın "Vitesse" (12) komandası yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti