Kurban Berdıyev "Qarabağ" haqda nə düşünür?

16 Sentyabr 2021 19:00 Qarabağ 1 979
Kurban Berdıyev "Qarabağ" haqda nə düşünür?

"Bizi Konfrans Liqasında ağır oyunlar gözləyir.

Beynəlxalq matçlara görə yaranmış fasilə səbəbindən komanda işi baxımından müəyyən problemlərimiz var. Amma düşünürəm ki, "Omoniya" ilə oyuna hazırıq".

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev evdə Kipr "Omoniya"sına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyunundan öncə mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Nikosiya təmsilçisinin kifayət qədər təcrübəli komanda olduğunu bildirib: "Kompakt müdafiə olunurlar və səviyyəli oyunçulara malikdirlər. Hazırda bizim üçün ən vacibi qarşıdakı oyundur".

69 yaşlı baş məşqçi turnirdəki hədəflərindən də söz açıb: "Sözsüz, qarşımızda müəyyən vəzifə durur. Oyunlara mərhələli şəkildə hazırlaşırıq.

Bu turnirdəki komandaların Avropa Liqasındakılardan daha zəif olduğunu deməzdim.

Məsələn, "Bazel" Çempionlar Liqası səviyyəsində komandadır, amma Konfrans Liqasında oynayır. Buna görə də turnirdə güclü və zəif iştirakçılar olduğunu söyləmək çətindir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı