“Qarabağ”la oyunda 7 futbolçunun xidmətindən yararlana bilməyəcək

15 Sentyabr 2021 00:40 Qarabağ 1 395
“Qarabağ”la oyunda 7 futbolçunun xidmətindən yararlana bilməyəcək

Konfrans Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq "Bazel" Bakıya ciddi itkilərlə gələcək.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın baş məşqçisi Patrik Rahmen Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda 7 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozitodur.

Onlar zədə səbəbindən Ağdam təmsilçisinə qarşı oynamayacaqlar. Sentyabrın 16-də keçiriləcək "Qarabağ" - "Bazel" matçı saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu