“Neftçi”yə görə məyus olan xanım – VİDEO+FOTOREPORTAJ

13 Sentyabr 2021 21:00 Qarabağ 1 434
“Neftçi”yə görə məyus olan xanım – VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş paytaxt təmsilçisi ilə SSRİ çempionatında bürünc medal qazanmış Yaşar Babayevin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

"Qarabağ"ın yeni transferi İbrahima Vadji 21-ci dəqiqədə İsmayıl Züfüqarlının səhvindən sonra hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

İkinci hissəyə meydan sahibəri daha fəal başlayıb. "Neftçi"nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. "Ağ-qaralar" bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Qarabağ" "Qəbələ" ilə birlikdə ilk iki pilləni bölüşdürür. "Neftçi" isə 4 xalla 5-cidir.

Digər Xəbərlər
Xəbər Lenti