"Neftçi"yə 2 qol vuran "Qarabağ"ın yeni hücumçusu nə dedi?

13 Sentyabr 2021 12:40 Qarabağ 1 897
"Neftçi"yə 2 qol vuran "Qarabağ"ın yeni hücumçusu nə dedi?

"Qarabağ"ın yeni transferio İbrahima Vadji Azərbaycan Premyer Liqasının III turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin hər iki qoluna imza atan 26 yaşlı hücumçu şəxsi instaqram hesabından paylaşım edib.

Seneqallı forvard həmin görüşdə yaxşı performans sərgilədiklərini bildirib: "Komanda yoldaşlarımı qələbə münasibəti ilə təbrik edirəm. Artıq növbəti oyuna köklənməliyik".

"Qarabağ" sentyabrın 16-də Konfrans Liqasının qrup mərhələsinin I turunda İsveçrənin "Bazel" klubunu qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti