"Qarabağ" gəlib, satıb pul qazana bilmirlər - AEL-in problemi var

5 Avqust 2021 16:20 Qarabağ 925
"Qarabağ" gəlib, satıb pul qazana bilmirlər - AEL-in problemi var

"Qarabağ"ın Kiprdə AEL-ə qarşı keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa maraq qeyri-qənaətbəxş səviyyədədir.

Sportinfo.az "Goal.philenews" nəşrinə istinadən xəbər verir ki, Limassol təmsilçisi bilet satışından razıl deyil.

7 400 nəfərlik azarkeş tutumuna malik "AEK Arena"nın tirbunalarında xeyli boşluğun olacağı gözlənilir. Klub oyun saatlarınadək vəziyyətin dəyişəcəyinə ümid edir.

Bu gün oynanılacaq AEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti