Riçard Almeyda "Qarabağ"da - Rəsmi

3 Avqust 2021 14:00 Qarabağ 7 958
Riçard Almeyda "Qarabağ"da - Rəsmi

"Qarabağ" sabiq futbolçusu Riçard Almeydanı heyətinə qatıb.

Bu barədə Sportinfo.az-a açıqlamasında komandanın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi braziliyalı futbolçu ilə 1 illik müqavilənin bağlanmasının nəzərdə tutulduğunu da sözlərinə əlavə edib.

Milliləşdirilmiş yarımmüdafiəçi ötən mövsümü “Zirə”də keçirib və “Qarabağ”a azad agent kimi transfer olunacaq.

Almeyda 2011-18 və 2019-20-cu illərdə də “Qarabağ“da çıxış edib.

Riçard Almeydanın "Qarabağ"a qayıtması xəbərini ilk olaraq Futbolinfo.az saytı yayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu