“Qarabağ” dost evi olmasa da, qorxulu deyil, böyük büdcəsi var”

3 Avqust 2021 22:20 Qarabağ 1 127
“Qarabağ” dost evi olmasa da, qorxulu deyil, böyük büdcəsi var”

“Andre Teyşeyranın yoxluğu “Qarabağ”la oyun üçün bəhanə olmamalıdır.

Konstantinos Sotiriu da beynəlxalq təcrübəsi olan futbolçudur”.

Sportinfo.az xəbər verir ki, bunu AEL-in sabiq futbolçusu və məşqçisi Marios Neopyutou Limassol klubunun Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirəcəyi oyun barədə danışarkən deyib.

44 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin keçilməz olmadığını düşünür:

“Ötən mövsüm APOEL-lə oyunlarda “Qarabağ”ın çıxışını gördüm. Bura dost evi deyil. Daha böyük büdcəsi olan komandadır, amma qorxulu deyil.

AEL ilk görüşdə sərfəli nəticə qazansa, növbəti mərhələnin təməlini qoyacaq. Bu komandalar arasındakı səviyyə fərqi çox azdır”.

“Qarabağ”la AEL arasında ilk oyun avqustun 5-də Kiprdə, cavab qarşılaşması isə 12-də Azərbaycanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti