"Qarabağ"ın büdcəsi onlardan xeyli çoxdur" – Yolu "Keşlə"dən düşmüş yunan

3 Avqust 2021 14:20 Qarabağ 1 568
"Qarabağ"ın büdcəsi onlardan xeyli çoxdur" – Yolu "Keşlə"dən düşmüş yunan

"Qarabağ" çox güclü komandadır, ardıcıl 7 il Azərbaycan çempionu olub.

Aydın məsələdir ki, onların büdcəsi AEL-dən xeyli çoxdur. Amma fikrimcə, iki çox yaxşı və rəngarəng oyun alınacaq".

Sportinfo.az xəbər verir ki, bunu əvvəllər "Keşlə"də çıxış etmiş Georgios Georgiadis keçmiş klubu Kipr AEL-inin "Qarabağ"la keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

AEL-ə uğurlar arzulayan 34 yaşlı yarımmüdafiəçi bildirib ki, Bakı komandasını tərk etdikdən sonra Azərbaycan çempionatının qarşılaşmalarına az baxıb.

Lakin o, komandalar barədə çox şey bildiyini diqqətə çatdırıb: "Biz "Qarabağ"ı daim Avropada görürük. AEL-in oyunlarını isə çox izləyirəm.

Kipr komandası son zamanlar daha da yaxşılaşıb. Burada gözəl futbolçulardan ibarət güclü kollektiv formalaşıb. Lakin bir komanda kimi inkişaf etmək üçün ən yaxşısı, "Qarabağ"ı keçməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!